Azərbaycanın ən iri vergi ödəyicilərinin siyahısı açıqlanıb. Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, 2024-cü ilin göstəricilərinə görə, ölkənin ən böyük vergi ödəyicisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olub. Şirkət dövlət büdcəsinə 1,495.1 milyon AZN vergi ödəyib.
Siyahıda ikinci yerdə “Tabaterra” MMC qərarlaşıb. Tütün və tütün məmulatları istehsalı ilə məşğul olan bu şirkət 689.3 milyon AZN vergi ödəyərək ölkənin ən iri vergi ödəyicilərindən biri olub.
Üçüncü pillədə isə BP Eksploreyşn (Azərbaycan) Limited qərarlaşıb. Bu şirkət dövlət büdcəsinə 664.3 milyon AZN köçürüb.
İlk onluğa daxil olan digər iri vergi ödəyiciləri isə bunlardır:
LUKOYL Oversiz Şah Dəniz Ltd. – 524.6 milyon AZN
Turkish Petroleum Overseas Company Ltd. – 422.7 milyon AZN
SAUF Kokazus Payplayn Kompani Limited – 292.0 milyon AZN
BP Eksploreyşn (Kaspian Si) Limited – 268.9 milyon AZN
Azərbaycan (EYSC) Limited – 188.0 milyon AZN
Kapital Bank ASC – 170.6 milyon AZN
SOCAR H.Əliyev adına Neft Emalı Zavodu – 133.0 milyon AZN
Bu göstəricilər ölkədə fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin, sənaye müəssisələrinin və bank sektorunun dövlət büdcəsinə əsaslı töhfə verdiyini nümayiş etdirir. SOCAR, BP və digər beynəlxalq enerji şirkətləri Azərbaycanın enerji sektorunda həlledici rol oynamağa davam edir.
Bank sektoru üzrə isə ən iri vergi ödəyicisi Kapital Bank ASC olub.
Vergi daxilolmalarının həcmi iqtisadiyyatın aktivliyini və ölkədə aparılan iqtisadi siyasətin effektivliyini əks etdirən əsas göstəricilərdən biridir. Bu tendensiyanın növbəti illərdə necə davam edəcəyi maraq doğurur.