2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən
101,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2 %, qeyriqida məhsulları üzrə 101,0%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib.
GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9%,
yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7% təşkil edib.
2024-cü ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 %, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,4% təşkil etmişdir.