Respondentlər ən çox alış-veriş etdikləri elektronika mağazalarından 14 şəbəkə mağazanın adını qeyd ediblər.
GDP xəbər verir ki, bu barədə Business İnsight-ın paytaxt Bakı və rayonlarada yaşayan 1008 nəfər respondent arasında apardığı “Tövsiyə Çempionları” araşdırmasının nəticələrində məlumat verilir.
Məlumata görə sorğuda iştirak edənlərin 84.0%-i ən çox alış-verişlərini TOP 10 şəbəkə mağazadan edir.Bu mağazalardan müştərilərin 28.6%-i “Kontakt Home” , 19.2%-i İrshad mağazalar şəbəkəsindən alış-veriş edib.
Respondentlərin 12.1%-i ən çox alış-veriş etdikləri mağazaların adlarını «xatırlamayıblar». 2.8% respondent isə «alışveriş etmirəm» cavabını qeyd edib