Close Menu
    What's Hot

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026
    Trending
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
      Recent

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Azərbaycanda valyuta hərraclarında dollara tələb niyə azalıb və banklararası bazarda vəziyyət necədir ?
    Bank

    Azərbaycanda valyuta hərraclarında dollara tələb niyə azalıb və banklararası bazarda vəziyyət necədir ?

    03 Mart 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Yanvar və fevral aylarında Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında və banklararası təminatsı bazarda dollar satışlarının dinamikası müxtəlif amillərlə müəyyən olunub.

    GDP-nin Mərkəzi Banka istinadən verdiyi məlumata görə, valyuta hərraclarında banklara satılan dolların ümumi həcmi 870,6 milyon ABŞ dolları, banklararası bazarda satılan valyutanın ümumi həcmi isə 529,4 milyon ABŞ dolları təşkil edib. Hərraclarda satılmış ən yüksək məbləğ 07 yanvar 2025-ci ildə 73,5 milyon dollar qeydə alınıb, ən aşağı məbləğ isə 13 fevral 2025-ci ildə 36,2 milyon dollar olub. Yanvar ayında keçirilən hərracların orta məbləği 61,64 milyon dollar olduğu halda, fevral ayında bu göstərici 48,36 milyon dollara enib.

    Yanvar ayında bankların valyuta hərraclarında iştirakı fevral ayına nisbətən daha çox olub. Bunun əsas səbəbi ilin əvvəlində bankların valyuta tələbinin yüksək olması ilə izah edilə bilər.

    Yanvarda keçirilən 8 hərracda orta məbləğ 61,64 milyon dollar olduğu halda, fevral ayında keçirilən 6 hərracda bu göstərici 48,36 milyon dollara düşüb. Bu azalma bankların likvidlik strategiyasında dəyişikliklər etməsi və alternativ mənbələrdən, xüsusən də banklararası bazardan dollar əldə etmələri ilə əlaqədardır. Banklararası bazarda yanvar və fevral aylarında ümumi 529,4 milyon ABŞ dolları satılıb ki, bu da Mərkəzi Bankın valyuta hərraclarına paralel olaraq banklararası bazarın aktiv fəaliyyət göstərməsi üçün dəstək verdiyini göstərir. Banklararası bazar valyuta tələbinin bir hissəsini öz üzərinə götürərək hərraclarda tələb təzyiqini azaltdı.

    Mərkəzi Bankın banklararası bazarı təşkil etməsi valyuta hərraclarında tələb azalmalarına təsir edən əsas amillərdən biridir. Əgər əvvəlki illərdə bankların əsas dollar əldəetmə mənbəyi valyuta hərracları idisə, 2025-ci ilin ilk iki ayında banklararası bazarda artan həcmdə valyuta əməliyyatları aparılıb. Bu tendensiya aşağıdakı amillərlə izah oluna bilər:

    • Banklararası bazarda likvidliyin artması: Banklararası bazarın inkişafı banklara hərraclara daha az ehtiyac duymağa imkan yaradıb.
    • Mərkəzi Bankın siyasəti: Mərkəzi Bank likvidlik strategiyalarını dəyişərək ticarət əməliyyatlarının bir qisminin banklararası bazara yönəlməsini stimullaşdırıb.
    • Tələbin daha balanslı bölüşdürülməsi: Banklararası bazarda ticarət aparmaq banklar üçün daha çevik və əlverişli olduqca, hərraclara olan tələbin azalması müşahidə olunub.
    • Banklar tədricən Mərkəzi Bankın valyuta hərraclarından asılılığı azaldaraq banklararası pul bazarında dollar əməliyyatlarının həcmini artırmışlar. Banklararası bazarda faiz dərəcələrinin artması, bankların bir-biri ilə əməliyyat aparmağa daha çox stimul yaratmış və bazar likvidliyini əhəmiyyətli dərəcədə artırmışdır.
    • Ümumi dollar likvidliyi sistemdə artmış, lakin Mərkəzi Bankın müdaxiləsi azalmışdır ki, bu da maliyyə bazarlarının daha sərbəst fəaliyyət göstərdiyini və valyuta bazarında liberallaşma tendensiyasının güclənməsini göstərir.
    • 1D AZİR faiz indeksinin dinamikası göstərir ki, yanvar ayından fevral ayına doğru banklararası bazarda faiz dərəcələri əhəmiyyətli dərəcədə artmış, bu da banklararası valyuta bazarında aktivliyin artmasına səbəb olmuşdur.

    Mərkəzi Bankın banklararası bazarı təşkil etməsi və aktiv ticarət mexanizmləri yaratması nəticəsində valyuta hərraclarında iştirak nisbətən azalmış, bununla da bazardakı təzyiq tənzimlənmişdir. Bu tendensiyalar ümumilikdə maliyyə sistemində valyuta əməliyyatlarının Mərkəzi Bankdan banklararası bazara doğru yönəlməsini və bazarın özü-özünü daha effektiv tənzimləməsini göstərir. Bu həm də bazar mexanizmlərinin güclənməsinə və maliyyə bazarının dərinliyinin artmasına dəlalət edir. Bu proses gələcəkdə də davam edərsə, bankların likvidlik ehtiyaclarını daha çox banklararası bazardan ödəməsi və hərraclarda iştirak səviyyəsinin azalması ehtimal edilir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

    24 Fevral 2026

    Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

    23 Fevral 2026

    Xəyaləddin Tağıyev: “Tələbələr laboratoriyada real layihələr üzərində çalışacaqlar”

    23 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.