2025-ci ilin yanvar–iyun ayları ərzində xarici vətəndaşlara, fərdi istehlak məqsədilə respublika ərazisində aldıqları mallara görə, dövlət büdcəsindən 4 milyon 889 min manat məbləğində ƏDV geri qaytarılıb.
GDP Dövlət Vergi Xidmətinin yayımladığı məlumata ostinadla xəbər verir ki,ilin ilk 7 ayı üzrə göstərici isə 5 milyon 874 min manat təşkil etmişdir. Bu isə iyul ayı ərzində əlavə olaraq 985 min manatlıq geri qaytarılma deməkdir. “Tax Free” sistemi üzrə ƏDV-nin geri qaytarılmasında 6 aylıq dövrlə müqayisədə 20,14 faiz artım müşahidə olunur.
Bu artım, yay aylarında turist axınının və alış-veriş fəallığının yüksəlməsi ilə izah oluna bilər