2024-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) Azərbaycanın sığorta şirkətləri tərəfindən 725 milyon 162 min manat sığorta haqları hesablanıb, 356 milyon 633 min manat sığorta ödənişləri həyata keçirilib.
GDP xəbər verir ki, 2023-cü ilin eyni ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın 20 sığorta şirkətindən 6-nin sığorta haqları azalıb.Yığımları ən çox artan Meqa Həyat Sığorta Şirkəti 2.2 dəfə və 58%-lə “Atəşgah Sığorta Şirkəti” və ən çox azalan isə -53%-lə “Bakı Sığorta” şirkətidir.