Azərbaycan və TikTok arasında Tik-tok kontentlərindən əldə edilən gəlirin vergiyə cəlb olunması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.
GDP xəbər verir ki, bu barədə “4SIM Azerbaijan”-in baş icraçı direktoru Fariz Cəfərov jurnalistlərə bildirib.
O bildirib: “Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmaq və səviyyəsini yüksəltmək üçün yeni vasitələr təqdim etməyə,infrastrukturu təkmilləşdiməyə çalışır. Dövlət bu sahədə olan öz strateji məqsədlərini açıq şəkildə müəyyənləşdirib. Bu məqsədlərə yalnız kiçik və orta biznesin (KOB) təhsili və məlumatlandırılması deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik və müxtəlif təşkilatları inteqrasiya edən ödəmə sistemləri mühüm rol oynayır”