2024-cü il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 686,1 milyon manat və ya 2024-cü il üzrə 121 milyard 342,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizini təşkil edib.
GDP xəbər verir ki, bu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində bildirilir.
Qeyd edilib ki, ümumi dövlət borcunun 9 milyard 114,2 milyon manatı (5 milyard 361,3 milyon ABŞ dolları) və ya 35,5 faizi xarici dövlət borcunun, 16 milyard 571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür.