2025-ci ildə isə Azərbaycanın xarici ticarət dövriyyəsi 28,841.81 milyon dollar təşkil edib, 2024-cü ilin yanvar–iyul dövründə isə 26,892.12 milyon dollar olub. Beləliklə, ölkənin ümumi xarici ticarət dövriyyəsində 1,949.69 milyon dollar və ya 7.25% artım qeydə alınıb.
GDP Dövlət Gömrük Komitəsinin yayımladığı stastistik göstəricilərə istinadla xəbər verir ki, 2025-ci ilin yanvar -iyul ayları ərzində ixrac 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5.42% azalıb və 16,098.92 milyon dollardan 15,226.99 milyon dollara enib, yəni 871.93 milyon dollar azalma baş verib.
Digər tərəfdən, idxal 2024-cü ildə 10,793.20 milyon dollar, 2025-ci ildə isə 13,614.82 milyon dollar olub. İdxalda 2,821.62 milyon dollar və ya 26.14% artıb. Nəticədə xarici ticarət saldosu da əhəmiyyətli şəkildə dəyişib. 2024-cü ildə müsbət xarici ticarət saldosu 5,305.72 milyon dollar olub, 2025-ci ildə isə bu saldo 1,612.17 milyon dollar müsbət olub. Beləliklə Azərbaycanın xarici ticarət saldosunda 3,693.55 milyon dollar və ya 69.61% azalma baş verib.
Beləliklə, 2025-ci ilin yanvar–iyul dövründə ümumi dövriyyə artsa da, bu artım daha çox idxalın yüksəlməsi hesabına baş verib və ixracın azalması ilə xarici ticarət saldosu əhəmiyyətli dərəcədə zəifləyib.
Müəllif:Aynur Qəniyeva