Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapan məlumatlara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan proqnozlara görə 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcək.
GDP xəbər verir ki, proqnozlara əsasən, 2029-cu ildə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi isə 129,5 milyard manata qədər artacağı gözlənilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır. Bu göstəricilər ölkə iqtisadiyyatının davamlı inkişafını və qeyri-neft sektorunun artan rolu təsdiqləyir.
Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər Çərçivəsi dövlətın maliyyə planlaşdırmasında və iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır.