2024-cü il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 686,1 milyon manat və ya 2024-cü il üzrə 121 milyard 342,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizini təşkil etmişdir.
Ümumi dövlət borcunun 9 milyard 114,2 milyon manatı (5 milyard 361,3 milyon ABŞ dolları) və ya 35,5 faizi xarici dövlət borcunun, 16 milyard 571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür.
2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borc portfelinin 35,0%-i (və ya 1 milyard 876 milyon dollar) Asiya İnkişaf Bankının, 25,9%-i avrobondların, 16,7%-i Dünya Bankının, 22,4%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
1 iyul 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,8 faiz, avro – 6,0 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,6 faiz, yapon yeni –3,0 faiz, digər valyutalar – 0,6 faiz.
Xarici dövlət borcunun 42,1 faizi 5 ilə qədər olan müddətdə, 49,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Qeyd edək ki, Asiya İnkişaf Bankı “AccessBank” QSC-nin ən böyük paya malik olan səhmdarıdır.