2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan İtaliya ilə 6 milyard 961 milyon 671,69 min ABŞ dolları əsas ticarət əməliyyatları həyata keçirib ki, bu da ümumi ticarət dövriyyəsinin 22,46%-ni təşkil edir.
GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,9% azalıb.
Məlumata görə ikinci i yerdə 4 milyard 174 milyon 34,37 min ABŞ dolları (pay – 13,47%) ticarət dövriyyəsi ilə Türkiyə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 24,5% azdır.Üçüncü yerdə ticarət dövriyyəsi 5,8% artaraq 2 milyard 947 milyon 302,92 min ABŞ dolları (pay – 9,51%) olan Rusiya qərarlaşıb.