Azərşəkər MMC-yə yeni Baş İcraçı Direktor təyin edilib.
GDP xəbər verir ki, bu vəzifəyə Nəsib İslamzadə təyinat alıb.
Qeyd edək ki, daha əvvəl o Azərşəkər MMC-də İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı vəzifəsində işləyib.
O, 2021-ci ilin dekabrından “Agrotrade Supply” MMC-nin İdarə Heyətinin üzvü idi.
Bundan əlavə, 2012-2015-ci illərdə “KPMG” audit şirkətində, 2015-ci ildə “Garant Holding” MMC-də maliyyə meneceri, 2015-2018-ci illərdə “AzGroup Holding”də maliyyə direktoru, 2020-2021-ci illərdə “PMD Hospitality” MMC və “Agro Food Investments” MMC-nin Audit Komitəsinin üzvü, 2021-2023-cü illərdə “PMD Group” MMC-nin Audit Komitəsinin sədri vəzifələrində çalışıb.
Ali təhsilinin bakalavr dərəcəsini iqtisadiyyat üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr dərəcəsini isə İngiltərənin Esseks Universitetində əldə edib.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir