“Azərsun Holdinq” ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
GDP xəbər verir ki, sənəd COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmağı nəzərdə tutur.
İmzalanma mərasimində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozal iştirak ediblər.
Memorandum iqlim dəyişmələri, yaşıl texnologiyalar və yaşıl sahibkarlıq sahəsində əməkdaşlığın inkişafına yönəlib. Tərəflər ətraf mühitin sağlamlaşdırılması və davamlı inkişaf istiqamətində birgə layihələr həyata keçirməyi planlaşdırırlar.