Azercell Telekom MMC 2026-cı il yanvarın 13-dən etibarən simkredit və simtaksit xidmətləri üçün yeni xidmət haqqı tariflərini tətbiq edəcək.
GDP xəbər verir ki, şirkətdən verilən məlumata görə, yenilənmiş tariflər aşağıdakı kimi olacaq:
-
1 AZN dəyərində simkredit alan müştərilərdən 0.30 AZN,
-
2 AZN dəyərində simkredit alan müştərilərdən 0.60 AZN,
-
2 AZN dəyərində simtaksit alan müştərilərdən 0.60 AZN,
-
3 AZN dəyərində simkredit alan müştərilərdən isə 0.90 AZN xidmət haqqı tutulacaq.
Bu qərar 13 yanvar 2026-cı il tarixindən etibarən əldə edilən bütün simkredit və simtaksitlərə şamil ediləcək.
Qeyd edək ki, bu, Azercell-in mobil əməliyyat xidmətləri üçün qiymətlərə son dəfə tətbiq olunan dəyişiklikdir.

