2024-cü ilin ilk 8 ayı ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti satış və mübadilə mərkəzindən pərakəndə formada 64.26 kq qızıl, 1.05 kq gümüş məhsulları satılıb.
Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən GDP -yə məlumat verilib
Qeyd edək ki, “AzerGold” QSC 2018-ci ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib.