2025-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış investisiya qiymətli kağızları ilə bağlı məlumat açıqlanıb. Bu dövr ərzində 14 yeni qiymətli kağız buraxılışı qeydiyyata alınıb. Onlardan 8-i səhm buraxılışı, 6-sı isə istiqraz buraxılışlarından ibarət olub.
GDP xəbər verir ki, səhm buraxılışları əsasən “qapalı yerləşdirmə” üsulu ilə həyata keçirilib. Oktyabr ayında qeydiyyata alınmış ən böyük səhm buraxılışı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Şirkət 545 milyon 7 min 995 ədəd, nominal dəyəri 2 manat olan səhmlər buraxaraq, ümumi dəyəri 1 milyard 90 milyon 15 min 990 manat olan emissiya həyata keçirib.
Digər əhəmiyyətli səhm buraxılışı isə “AZERFLOAT” Qapalı Səhmdar Cəmiyyətinə aiddir. Bu şirkət 14 milyon 400 min 735 ədəd, nominal dəyəri 10 manat olan səhmləri 9 oktyabr tarixində qeydiyyata alıb. Ümumi dəyəri isə 144 milyon 7 min 350 manat təşkil edib.
Müəllif: Aynur Qəniyeva

