“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Gürcüstanın “Georgian Beer Company Ltd” şirkətinin təsisçisi arasında Qəbələ rayonunda lisenziyalı premium pivə markalarının, yerli brend pivəsinin və sərinləşdirici içkilərin istehsalı üzrə yeni zavodunun qurulmasına dair Birgə İştirak Müqaviləsi imzalanıb
GDP xəbər verir ki,İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcustanın “Georgian Beer Company LLC” şirkətinin nümayəndələri Sezar Çöçelli, Şalva Çöçelli və Qoça Darçiaşvili ilə görüşüb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb..
Rəqabətqabiliyyətli məhsul istehsalı ilə ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək zavodda illik 140 milyon litr istehsal gücünün və 300-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.