Close Menu
    What's Hot

    Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?

    04 May 2026

    ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib

    02 May 2026

    Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib

    01 May 2026
    Trending
    • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?
    • ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib
    • Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
    • Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
    • Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
    • Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
    • Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
    • Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?

      04 May 2026
      Recent

      Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?

      04 May 2026

      Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib

      01 May 2026

      Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı

      01 May 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      “Azərpoçt”un rəhbəri vəzifəsindən ayrılan İsi Mustafayev yeni vəzifəyə təyin olunub

      20 Aprel 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026

      S&P 500 şirkətləri 2025-ci ildə 400 min iş yerini ixtisar edib

      27 Aprel 2026

      Brent neftinin qiyməti 108 dollardan yuxarı qalxıb

      27 Aprel 2026

      Belarus kriptobanklara yaşıl işıq yandırdı: 26 sikkə, 11 əməliyyat

      24 Aprel 2026

      İran danışıqlardan imtina etdi, bitkoin 74.000 ABŞ dollarını sınaqdan keçirib

      20 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Ethereum-da sabit kriptovalyutaların həcmi 10,3 milyard dollar artıb

      07 Aprel 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026

      S&P 500 şirkətləri 2025-ci ildə 400 min iş yerini ixtisar edib

      27 Aprel 2026

      Brent neftinin qiyməti 108 dollardan yuxarı qalxıb

      27 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

      30 Aprel 2026
      Recent

      “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

      30 Aprel 2026

      Azərbaycan vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən 7,4 milyon manat faiz gəliri əldə edib

      29 Aprel 2026

      Maliyyə Nazirliyi: Dövlət borcu 24,5 milyard manat, ÜDM-in 18,7%-ini təşkil edir

      28 Aprel 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?
    Bank

    Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?

    04 May 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində növbəti faiz qərarını açıqlayacaq. Mövcud makroiqtisadi şərait, pul bazarındakı dinamika və son açıqlanan məlumatlar göstərir ki, tənzimləyici qurum ehtiyatlı mövqeyini qoruyaraq faiz dəhlizinin parametrlərini dəyişməz saxlamağa daha yaxın görünür.

    Hazırda uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı və yuxarı hədləri isə müvafiq olaraq 5.5% və 7.5% təşkil edir. Bu parametrlər fonunda pul bazarında formalaşan faizlər- xüsusilə AZIR göstəricisi – uçot dərəcəsinə yaxın hərəkət edir və son aylarda azalma meyli nümayiş etdirir. Yanvarda 6.70% olan AZIR fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Bu dinamika onu göstərir ki, monetar şərait faktiki olaraq müəyyən qədər yumşalıb və əlavə faiz endiriminə kəskin ehtiyac yaranmayıb.

    İnflyasiya göstəriciləri də Mərkəzi Bankın qərarına birbaşa təsir edən əsas amillərdən biridir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% səviyyəsində olub və bu, hədəf intervalına (4±2%) uyğundur. Baza inflyasiyanın da oxşar səviyyədə qalması qiymət artımının əsasən xarici mənşəli xərc amilləri ilə formalaşdığını göstərir. Bununla belə, tənzimləyici artıq inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsi ehtimalını istisna etmir. Regionda geosiyasi gərginliyin artması, enerji və logistika xərclərinin yüksəlməsi, eləcə də ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi idxal inflyasiyası risklərini artırır. Bu isə faiz endirimi üçün manevr imkanlarını məhdudlaşdırır.

    Digər tərəfdən, valyuta bazarında müşahidə olunan proseslər monetar siyasət üçün əlavə kontekst yaradır. 2026-cı ilin əvvəlindən etibarən bazarda xarici valyuta təklifi tələbi üstələyir. Bu tendensiya həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir. Aprel ayında Mərkəzi Bank tərəfindən həyata keçirilmiş 1 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə bazarda təklif artıqlığını açıq şəkildə təsdiqləyir. Nəticədə, ehtiyatların idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, Mərkəzi Bankın valyuta ehtiyatları təkcə aprel ayında 1 milyard dollardan çox artıb. Ümumilikdə isə ilin ilk aylarında ehtiyatlar 11.7 milyard dollar səviyyəsinə yüksəlib.

    Valyuta bazarındakı bu vəziyyət normal şəraitdə faizlərin azaldılması üçün zəmin yarada bilərdi. Çünki güclü valyuta təklifi və dedollarizasiya meyillərinin davam etməsi (əmanətlərin dollarlaşma səviyyəsinin 27.7%-ə enməsi) milli valyuta üzərində təzyiqin zəif olduğunu göstərir. Lakin mövcud geosiyasi və xarici inflyasiya riskləri fonunda bu amil hələlik həlledici rol oynamır. Əksinə, Mərkəzi Bankın apardığı alışyönlü müdaxilələr göstərir ki, tənzimləyici bazarda tarazlığı qorumağa və ehtiyatları artırmağa üstünlük verir.

    Xarici sektor göstəriciləri də müsbət olaraq qalır. 2026-cı ilin yanvar-fevral aylarında xarici ticarət balansında 1.1 milyard dollar profisit qeydə alınıb və cari əməliyyatlar hesabının həm 2026, həm də 2027-ci illərdə müsbət qalacağı proqnozlaşdırılır. Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi bu profisitin daha da artması ehtimalını gücləndirir. Bu isə makroiqtisadi sabitlik üçün əlavə dayaq rolunu oynayır.

    Bütün bu amillərin fonunda Mərkəzi Bank üçün əsas dilemma belə formalaşır: bir tərəfdə aşağı inflyasiya və güclü valyuta bazarı fonunda yumşalma üçün məhdud imkanlar, digər tərəfdə isə artan xarici risklər və inflyasiya gözləntiləri. Mövcud balans isə daha çox ehtiyatlı yanaşmanı diktə edir.

    Nəticə etibarilə, 6 may 2026-cı il tarixində keçiriləcək iclasda ən real ssenari uçot dərəcəsinin 6.5% səviyyəsində, faiz dəhlizinin isə 5.5%–7.5% intervalında dəyişməz saxlanılmasıdır. Bu qərar həm mövcud makroiqtisadi sabitliyi qorumağa, həm də artan qeyri-müəyyənlik şəraitində riskləri nəzarətdə saxlamağa xidmət edəcək.

    Alternativ ssenarilər nəzəri olaraq mümkün olsa da, onların reallaşma ehtimalı aşağı qiymətləndirilir. Faiz endirimi yalnız inflyasiya təzyiqlərinin zəiflədiyi və xarici risklərin azaldığı halda gündəmə gələ bilər. Əksinə, idxal inflyasiyasının sürətlənməsi və ya geosiyasi gərginliyin kəskinləşməsi uçot dərəcəsinin artırılması variantını aktuallaşdıra bilər.

    Beləliklə, mövcud şərait “tarazlaşdırılmış sabitlik” mərhələsi kimi xarakterizə oluna bilər: valyuta bazarı güclü, inflyasiya nəzarət altındadır, lakin risklər artır. Bu fonda Mərkəzi Bankın ən rasional strategiyası gözləmə mövqeyini qorumaq və vəziyyətə uyğun çevik reaksiya imkanlarını saxlamasıdır.

    Müəllif: Qəniyeva Aynur 

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib

    01 May 2026

    Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı

    01 May 2026

    Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib

    01 May 2026

    Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri

    01 May 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.