Azərbaycana olan turlar 2025-ci il oktyabr ayının nəticələrinə görə 11% ucuzlaşıb.
GDP xəbər verir ki, Rusiya Dövlət Statistika Komitəsi (Rosstat) bu məlumatı yayıb.
Rosstatın məlumatına əsasən, qiymətlərdə enmə trendi digər Cənubi Qafqaz ölkələri və regionlar üçün də qeydə alınıb. Belə ki, Abxaziyaya, Ermənistana və Gürcüstana olan tur paketləri də orta hesabla 11% ucuzlaşıb.
Statistika həmçinin göstərir ki, ən kəskin qiymət enişi Türkiyədə qeydə alınıb. Türkiyəyə olan turlar oktyabr ayı ərzində 18%, Misirə olan turlar isə 12%-dən çox ucuzlaşıb.

