Close Menu
    What's Hot

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026
    Trending
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
      Recent

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Rəsmi » Azərbaycanın əsas qeyri-neft ixrac məhsulu hansıdır, “İxrac İcmalı”nda ötən il açıqlanan hansı rəqəmlər bu il gizlədilib və rəsmi göstəricilər niyə real rəqəmlərlə uyğun gəlmir?
    Biznes

    Azərbaycanın əsas qeyri-neft ixrac məhsulu hansıdır, “İxrac İcmalı”nda ötən il açıqlanan hansı rəqəmlər bu il gizlədilib və rəsmi göstəricilər niyə real rəqəmlərlə uyğun gəlmir?

    10 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda təqdim olunan rəsmi məlumatlara əsasən, 2024-cü ildə qeyri-neft ixracının həcmi 3,4 milyard ABŞ dolları təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 3,6 milyard ABŞ dollarına yüksəlmişdir. Beləliklə, bir il ərzində qeyri-neft ixracında 0,2 milyard ABŞ dolları və ya 5,9 % artım qeydə alınmışdır ki, bu da qeyri-neft sektorunda ixrac potensialının genişləndiyini göstərir. Mərkəzin özünün yayımladığı rəsmi məlumatda isə naməlum səbəbdən bu artımın 8,5% olduğu qeyd olunub.

    Hesabat dövründə məhsulları üzrə ixrac da artan xətt üzrə inkişaf etmişdir. 2024-cü ilin yanvar–dekabr aylarında 1,03 milyard ABŞ dolları həcmində qeydə alınan yeyinti məhsulları ixracı 2025-ci ildə 1,2 milyard ABŞ dollarına çatmışdır. Faktiki hesablamalara əsasən artım 16,5% təşkil etsə də, rəsmi mənbədə bu artım tempi 18,4%kimi göstərilmişdir. Sözügedən fərq əsasən yuvarlaqlaşdırma və hesablama metodologiyasındakı fərqlərlə izah oluna bilər. Bununla belə, hər iki göstərici yeyinti məhsullarının qeyri-neft ixracında mühüm rol oynadığını və bu sahədə sabit artımın mövcudluğunu təsdiqləyir.

    Aqrar sektor üzrə göstəricilər xüsusilə diqqəti cəlb edir. 2024-cü ildə aqrar məhsulların ixracı 789,4 milyon ABŞ dolları olduğu halda, 2025-ci ildə bu göstərici 1 milyard ABŞ dollarına yüksəlmişdir. Nəticədə aqrar məhsullar üzrə ixrac 210,6 milyon ABŞ dolları və ya 26,7% artmışdır. Bu dinamika aqrar sahənin ixrac yönümlü inkişaf etdiyini və qeyri-neft sektorunda aparıcı istiqamətlərdən birinə çevrildiyini göstərir. Aqrar-sənaye məhsulları üzrə ixracda isə əksinə, cüzi azalma müşahidə edilmişdir. Belə ki, 2024-cü ildə 316,1 milyon ABŞ dolları təşkil edən aqrar-sənaye məhsulları ixracı 2025-ci ildə 314,7 milyon ABŞ dollarına enmiş, nəticədə 1,4 milyon ABŞ dolları və ya 0,4% azalma qeydə alınmışdır.

    Bununla yanaşı, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı ümumilikdə artım nümayiş etdirmişdir. 2024-cü ildə 1,11 milyard ABŞ dolları səviyyəsində olan bu göstərici 2025-ci ildə 1,3 milyard ABŞ dollarına çatmışdır. Faktiki hesablamalara əsasən artım 0,19 milyard ABŞ dolları və ya 17,1% təşkil etsə də, rəsmi mənbədə bu artım tempi 18,9% kimi göstərilmişdir. Hər iki yanaşma aqrar blokun qeyri-neft ixracının ümumi strukturunda payının artdığını ortaya qoyur.

    2025-ci il üzrə məhsul qrupları üzrə struktur dəyişikliklərinə nəzər saldıqda, bir sıra əsas məhsullar üzrə yalnız artım faizlərinin açıqlanması diqqəti cəlb edir. Belə ki, şəkər ixracında 57,4%, meyvə və tərəvəz ixracında 27,4%, alüminium və ondan hazırlanan məmulatlar üzrə 24,2%, pambıq iplik üzrə 19,3%, kimya sənayesi məhsulları üzrə 8%, bitki və heyvan mənşəli piylər və yağlar üzrə isə 2% artım qeydə alınmışdır. Lakin bu məhsullar üzrə 2025-ci il üçün dəqiq dollar məbləğləri təqdim edilmədiyindən, onların 2024-cü illə müqayisədə məbləğ ifadəsində dəyişimini hesablamaq mümkün olmamışdır. Buna baxmayaraq, açıqlanan artım templəri qeyri-neft ixracının strukturunda emal və aqrar yönümlü məhsulların payının artdığını göstərir.

    Ümumilikdə aparılan təhlil onu deməyə əsas verir ki, 2025-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2024-cü illə müqayisədə artım tendensiyasını qorumuş, xüsusilə aqrar və yeyinti məhsulları üzrə yüksək dinamika nümayiş etdirmişdir. Aqrar-sənaye məhsullarında müşahidə olunan cüzi azalmaya baxmayaraq, qeyri-neft sektorunun ümumi ixrac göstəriciləri müsbət istiqamətdə inkişaf etmiş və ixracın şaxələndirilməsi baxımından mühüm nəticələr əldə olunmuşdur. Bu göstəricilər qeyri-neft sektorunun orta və uzunmüddətli perspektivdə ölkə iqtisyyatında rolunun daha da güclənəcəyini göstərir.

    2025-ci ilin “İxrac İcmalı”nda açıqlanmayan və gizlədilən məlumatlar

    2024-cü il üzrə “İxrac İcmalı”nda ixracın strukturu kifayət qədər detallı təsvir olunsa da, 2025-ci il üçün analoji məlumatların olmaması məhsul, ölkə və şirkət səviyyəsində müqayisəni qeyri-mümkün edir. Belə ki, 2024-cü ildə qızıl, pambıq mahlıcı, tomat və digər əsas məhsullar üzrə ixrac həcmləri, Rusiya, Türkiyə başda olmaqla əsas tərəfdaş ölkələr, dekabr ayı üzrə mövsümi göstəricilər, qeyri-dövlət ixracatçılarının reytinqi və “Azərkosmos”un 18,5 mln ABŞ dolları həcmində xidmət ixracı kimi mühüm məlumatlar mövcud olsa da, 2025-ci il üçün bu göstəricilərin heç biri açıqlanmadığından struktur dəyişikliklərini qiymətləndirmək mümkün deyil.

    Nəticə etibarilə, 2025-ci il üzrə detallı statistik məlumatların olmaması dərin sektorial və coğrafi təhlili ciddi şəkildə məhdudlaşdırır və cari qiymətləndirmə yalnız ümumi məbləğlər və aqrar-sənaye alt qrupu ilə kifayətlənir. Aqrar-sənaye sektorunda müşahidə edilən cüzi mənfi dəyişmə sabitlik siqnalı versə də, digər əsas məhsul qruplarının dinamikası məlum olmadığından ümumi ixrac mənzərəsi natamamdır. Real vəziyyətin obyektiv qiymətləndirilməsi və effektiv müqaisənin aparılması üçün 2025-ci il üzrə top ixrac məhsulları, əsas tərəfdaş ölkələr, aylıq (xüsusilə dekabr) statistika, aparıcı ixracatçı şirkətlər və strateji qurumların xüsusi nəticələri üzrə məlumatların açıqlanması zəruridir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”

    24 Fevral 2026

    Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat

    23 Fevral 2026

    Bvlgari-dən Azərbaycana ilk rəsmi səfər: PASHA Holding yüksək səviyyəli nümayəndə heyətini qəbul edib

    17 Fevral 2026

    Azərbaycanın idxalı 36.6%, ixracı 26.4%, xarici ticarət dövriyyəsi 30.5% azalıb-Gömrük Komitəsinin hesabatı

    17 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.