Bakı Fond Birjası (BFB) Azərbaycanın kapital bazarının inkişafı və yeni investisiya imkanlarının araşdırılması məqsədilə Londonda qeydə alınmış “Anglo Asian Mining PLC” şirkətinin Prezidenti Rza Vaziri ilə geniş görüş keçirib.
GDP xəbər verir ki, məlumata görə, görüşdə BFB rəhbərliyi bazar infrastrukturunu gücləndirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq üçün həyata keçirdiyi strateji təşəbbüslər barədə məlumat yayıb. Tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri də müzakirə olunub.
BFB-nin Dünya Birjalar Federasiyasına tam üzv qəbul olunmasının bu prosesdə mühüm addım olduğu qeyd edilib. Bu, birjanın nəinki regional, həm də qlobal maliyyə axınlarına inteqrasiyasını sürətləndirə bilər.
Rza Vaziri, “Anglo Asian Mining”in Azərbaycan əsaslı ilk və aparıcı şirkət olaraq ölkənin kapital bazarının inkişafında fəal iştirak etməyə hazır olduğunu bildirib.

