Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal, AİB-in baş iqtisadçısı Xaqəni Kərimov, Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov, həmçinin Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev iştirakı ilə görüş keçirilib.
GDP xəbər verir ki, görüş zamanı kapital bazarının inkişafı, investorların bazara cəlb edilməsi yolları və emitentlərin bazara çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb. Tərəflər, həmçinin gələcəkdə mümkün əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.Görüşdə kapital bazarının dayanıqlı inkişafını təmin etmək məqsədilə bir sıra prioritet mövzulara xüsusi diqqət yetirilib.
Bunlar arasında kapital bazarı üzrə mütəxəssislərin biliklərinin artırılması, maliyyə savadlılığının genişləndirilməsi və peşəkar kadrların hazırlanması məsələləri mühüm yer tutub.