Bakı Fond Birjasında Beynəlxalq Valyuta Fondunun (IMF) missiya rəhbəri Anna Rose Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş təşkil olunub.
GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb.
Görüşün əsas müzakirə mövzusu, kapital bazarlarının inkişafının Azərbaycanın iqtisadi gələcəyi üçün əhəmiyyəti və bu sahədə atılan addımlar olub. IMF-nin missiya rəhbəri Anna Rose Bordon, Azərbaycanın kapital bazarlarının inkişafına verdiyi önəmi yüksək qiymətləndirərək, bu addımların ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyini vurğulayıb. Bordon, IMF olaraq, Azərbaycan hökumətinin atdığı bu addımları dəstəklədiklərini və bu istiqamətdə irəliləyişin ölkənin iqtisadi sabitliyini gücləndirəcəyini bildirib.
Görüşdə həmçinin, kapital bazarlarının inkişafı üçün nəzərdə tutulan strategiyalar, bazar şəffaflığının artırılması və investorların maraqlarının qorunması kimi mühüm məsələlər müzakirə olunub. Görüşdə, Azərbaycanın iqtisadi inkişafı və maliyyə bazarlarının daha da genişlənməsi üçün atılacaq növbəti addımların əhəmiyyəti də vurğulanıb.