Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, NBC Bankın likvidləşməsi prosesi həyata keçirilir. Xəlilov, məsələnin qanunvericiliyə uyğun olaraq həyata keçiriləcəyini vurğulayıb və əlavə edib ki, Bakı Fond Birjası ilə NBC Bank arasında mövcud olan borcun ehtiyatı yaradılıb.
Onun sözlərinə görə, həmin borcun Bakı Fond Birjasına qaytarılması halında, bu məbləğ mənfəət kimi qeyd olunacaq, lakin borcun qaytarılmaması zərəri artırmayacaq, çünki ehtiyat artıq yaradılıb.
Qeyd edək ki, Bakı Fond Birjasının lisenziyası ləğv edilmiş NBC Bank ASC-də 307 740 manatlıq cari hesab qalığı qalmaqdadır. Keçən il heç bir geridönüş baş tutmadığına görə, həmin aktivlər auditor tərəfindən zərər üzrə ehtiyat kimi tanınıb.
Müəllif: Aynur Qəniyeva