İdxal üzrə KOB-ların işinin asanlaşdırılması və sürətləndirilməsi üçün Dövlət Gömrük Komitəsi və KOBİA-nın təşəbbüsü ilə “Bakı KOB evi”ndə KOB gömrük anbarı yaradılıb.
GDP xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Orxan Məmmədov Komitə sədri Şahin Bağırov ilə birgə anbarla tanış olublar, logistika sahəsində fəaliyyət gostərən sahibkarları dinləyiblər.