Bakı Beynəlxalq Dəniz Ticarət Limanıda 2025-ci ilin yanvar-mart aylarında limanda 290 556 ton səpkili yük aşırıldığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 423 124 tona yüksəlib. Nəticədə illik müqayisədə 132 568 ton və ya 46% artım qeydə alınıb.
GDP xəbər verir ki, u artım, ilk növbədə, regionda yük axınlarının intensivləşməsi, tranzit daşımalarının genişlənməsi və limanın əməliyyat imkanlarının artırılması ilə izah oluna bilər.
Eyni müsbət dinamika mart ayı üzrə də daha kəskin formada müşahidə olunur. Belə ki, 2025-ci ilin mart ayında 83 726 ton səpkili yük aşırıldığı halda, 2026-cı ilin mart ayında bu göstərici 162 000 tona çatıb. Bu isə 78 274 ton və ya 94% artım deməkdir və faktiki olaraq rekord göstərici kimi qiymətləndirilir.
Ümumilikdə, qeyd olunan artım tendensiyası onu göstərir ki, Bakı Limanı regionun əsas logistika qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir. Yüklərin həcminin sürətli artımı həm tranzit marşrutlarının cəlbediciliyinin yüksəldiyini, həm də Azərbaycanın nəqliyyat infrastrukturuna qoyulan investisiyaların real nəticələr verdiyini təsdiqləyir. Bu isə ölkənin beynəlxalq ticarət zəncirində rolunun artmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.

