Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində 12,5 km-lik mikromobillik zolağı təşkil edilib.
GDP xəbər verir ki, görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.
Həmçinin avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb. Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir. Xatırladaq ki, Bakı şəhərində ilk velosiped kirayəsi xidməti də fəaliyyətə başlayıb.
Mikromobillik vasitələrinin parklanması üçün şəhərdə 50-yə yaxın məntəqə yaradılıb.