Bu gün Bakıda iqlim dəyişikliyinin mənfi nəticələrinə xüsusilə həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış Zərər və Zərərlərin Kompensasiyası Fondunun Direktorlar Şurasının 3-cü iclası işə başlayıb.
GDP xəbər verir ki,tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, BMT və digər beynəlxalq təşkilatların, Dünya Bankının, beynəlxalq qeyri-hökumət təşkilatlarının və həmfikir qrupların 200-ə yaxın nümayəndəsi iştirak edir.
İclasdan sonra Fondun icraçı direktoru təyin olunacaq. İclasın gündəliyinə həmçinin COP29 zamanı Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunacaq itki və zərərin maliyyə mexanizmləri üzrə yüksək səviyyəli dialoqa hazırlıq daxildir.