AZCON Holding 2025-ci il üzrə nəqliyyat sektorunda sərnişin və yükdaşımaya dair göstəriciləri açıqlayıb.
Məlumata görə, holdingin tərkibində fəaliyyət göstərən BakuBus marşrut xətləri ilə daşınan gündəlik orta sərnişin sayı əvvəlki dövrlə müqayisədə 39% artaraq 557 min nəfərə çatıb.
Açıqlanan göstəricilər paytaxtda ictimai avtobus nəqliyyatına tələbatın artdığını və sərnişindaşıma sahəsində müsbət dinamikanın davam etdiyini göstərir.

