Balenciaga yeni kolleksiyasından qeyri-adi bir məhsul təqdim edib.
GDP xəbər verir ki,dizaynerlər tərəfindən hazırlanan caynaqlı corab və ayaqqabı ilə birləşdirilən şalvar 5890 ABŞ dollarına satışa çıxarılıb.
Bu məhsulun dizaynerlərinin fikrincə, şalvar xüsusilə gecikənlər üçün ideal “çıxış” üsuludur. Məhsulun təqdimatı, Balenciaga-nın moda dünyasında özünəməxsus və avant-garde yanaşmalarını bir daha vurğulayır.