Bank Avrasiya” ASC-nin səhmdarları dəyişib.
Məlumata görə, buu barədə qərar səhmdarların ümumi yığıncağında verilib. Bank məlumatı təsdiq edib.
Qərara əsasən, bankın nizamnamə kapitalının 37,50 % hissəsinə malik olan “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə, digər səhmdar “PMD Group” MMC-nin 37.5 % payının 12.00 % hissəsi “Top Properties” MMC-yə, 24.50 % hissəsi Bankın digər səhmdarı “Azbizneskom” MMC-yə və 1.00 % hissəsinin fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna satılıb.
Nəticədə, bankın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə “Azbizneskom” MMC və 1 faizinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahib olub.
Həmçinin, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Seyidzadə Rüfət Faxrəddin oğlu bankın Müşahidə Şurasının müstəqil üzvü təyin olunub.
Mənbə:APA