Close Menu
    What's Hot

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026
    Trending
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
      Recent

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Bank BTB 2025-ci ili 404 min manat zərərlə bağlayıb-Maliyyə hesabatı
    Bank

    Bank BTB 2025-ci ili 404 min manat zərərlə bağlayıb-Maliyyə hesabatı

    16 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bank “BTB” ASC-nin 2025-ci il maliyyə nəticələrinin analizi göstərir ki, bank normativ və kapital baxımından dayanıqlı mövqedə qalsa da, ilin yekununda xərclərin və gözlənilməz düzəlişlərin təsiri ilə zərərlə üzləşib.Hesabat dövrünün sonuna bankın cəmi aktivləri 356 milyon 821,8 min manat təşkil edib və aktivlərin strukturunda əsas ağırlıq kredit portfelinin üzərində formalaşıb.

    GDP Bank “BTB” ASC-nin 2025-ci il üzrə maliyyə hesabatına istinadla xəbər verir ki, bankın əməliyyat mənfəəti 5 milyon 864,6 min manat olub. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılmış ehtiyatlar 3 milyon 437,5 min manat təşkil etdiyindən, gözlənilməz xərclərə qədər mənfəət 2 milyon 427,1 min manata enib. Hesabat dövründə 2 milyon 831 min manatlıq gözlənilməz fəaliyyət və uçot dəyişiklikləri üzrə xərc bankın maliyyə nəticəsinə ciddi mənfi təsir göstərib və nəticədə vergiyə qədər zərər –403,9 min manat səviyyəsində formalaşıb. Mənfəətdən vergi tutulmadığından, bank 2025-ci ili –403,9 min manat xalis zərərlə başa vurub.

    Hesabat dövrünün sonuna olan maliyyə göstəriciləri bankın əsas fəaliyyətinin mənfəət yaratdığını, lakin əlavə xərclərin yekun nəticəni mənfiyə çevirdiyini göstərir. Bankın. ötən il ərzində  xalis faiz gəliri 14 milyon 175,5 min manat səviyyəsində formalaşıb.2025-ci ildə bankın faiz gəlirləri 32 milyon 674,6 min manat olub. Bunun 31 milyon 951,3 min manatı, yəni təxminən 97,8%-i müştərilərə verilmiş kreditlər üzrə faizlərin, 149,7 min manatı maliyyə institutlarına verilmiş kreditlər üzrə faizlərin, 573,6 min manatı isə digər faiz gəlirlərinin payına düşüb. Eyni dövrdə faiz xərcləri 18 milyon 968,3 min manat təşkil edib ki, bunun 9 milyon 390,5 min manatı müştəri depozitləri üzrə faiz xərcləri, 9 milyon 577,7 min manatı isə digər faiz xərcləri olub.

    “BTB” ASC-nin 2025-ci il ərzində formalaşan balansınının aktivlər hissəsinə nəzər saldıqda görünür ki, müştərilərə verilmiş xalis kreditlər 265 milyon 724,7 min manat olub və bu məbləğ cəmi aktivlərin 74,47%-ni təşkil edib. Bu göstərici bankın biznes modelinin əsasən kreditləşməyə söykəndiyini və gəlirlərin böyük hissəsinin faiz gəlirləri hesabına formalaşdığını göstərir.

    Bank “BTB” ASC-nin  aktivlərinin digər mühüm hissəsini 53 milyon 438,1 min manatlıq əsas vəsaitlər və qeyri-maddi aktivlər təşkil edib ki, bu da ümumi aktivlərin təxminən 14,98%-nə bərabərdir və bank üçün nisbətən yüksək pay hesab olunur. Nağd vəsaitlər 9 milyon 545,0 min manat olmaqla aktivlərin 2,68%-ni, müxbir hesablar 5 milyon 878,7 min manat olmaqla 1,65%-ni, banklar və digər maliyyə institutlarındakı depozitlər isə 14 milyon manat olmaqla 3,92%-ni formalaşdırıb. Digər aktivlər 3 milyon 804,4 min manat səviyyəsində qeydə alınıb ki, bu da aktivlərin cəmi 1,07%-i deməkdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, qiymətli kağızlar və investisiyalar üzrə portfel 2025-ci ilin sonunda sıfır səviyyəsində qalıb, bu isə aktivlərin diversifikasiyasının məhdud olduğunu göstərir.

    “BTB” ASC-nin  cəmi öhdəlikləri 305 milyon 897,2 min manat təşkil edib. Bu məbləğin 129 milyon 872,5 min manatı, yəni 42,46%-i müştərilərin müddətli depozitlərinin payına düşüb ki, bu da bankın əsas resurs bazasını formalaşdırır. Bank “BTB” ASC-nin öhdəliklərinin strukturunda tələbli depozitlər 5 milyon 625,3 min manat olmaqla öhdəliklərin 1,84%-ni təşkil edib. Ən böyük pay isə 164 milyon 465,8 min manatlıq digər maliyyə institutlarının kreditlərinə məxsusdur və bu məbləğ cəmi öhdəliklərin 53,77%-nə bərabərdir. Bu struktur bankın maliyyələşmədə institusional və daha bahalı resurslardan yüksək asılılığını göstərir. Bank tərəfindən buraxılmış qiymətli kağızlar 3 milyon manat olmaqla öhdəliklərin 0,98%-ni, digər öhdəliklər isə 2 milyon 933,5 min manat olmaqla 0,96%-ni təşkil edib.

    Bank “BTB” ASC-nin  2025-ci il ərzində formalaşmış kapital mövqeyinə gəldikdə, 2025-ci ilin sonunda bankın cəmi kapitalı 50 milyon 924,6 min manat olub. Bunun 48 milyon 26,7 min manatı xalis xüsusi kapitalın, 2 milyon 897,9 min manatı isə ümumi ehtiyatların payına düşüb. Beləliklə, kapitalın aktivlərə nisbəti təxminən 14,27% səviyyəsində formalaşıb ki, bu da bankın kapital tamponunun qənaətbəxş olduğunu göstərir. Bununla yanaşı, kapitalın keyfiyyəti baxımından mənfi məqam kimi bölüşdürülməmiş zərərin –23 milyon 423,3 min manat təşkil etməsi diqqət çəkir. Bu məbləğin –23 milyon 19,4 min manatı əvvəlki illərin zərəri, –403,9 min manatı isə 2025-ci ilin cari zərəri hesabına formalaşıb.

    Bank “BTB” ASC -nin 2025-ci il ərzində qeyri-faiz gəlirləri 7 milyon 273,9 min manat təşkil edib ki, bu məbləğin 1 milyon 108,6 min manatı hesabların aparılması üzrə komissiya gəlirlərinin, 6 milyon 165,3 min manatı isə digər xidmətlərdən əldə olunan komissiya gəlirlərinin payına düşüb. Bununla müqayisədə qeyri-faiz xərcləri 15 milyon 584,7 min manat olub və qeyri-faiz gəlirlərini təxminən 2,14 dəfə üstələyib. Xərclərin əsas hissəsi 13 milyon 87,1 min manatla inzibati xərclərin üzərinə düşüb, haqq və komissiya xərcləri isə 2 milyon 497,7 min manat təşkil edib. Bu balanssızlıq bankın gəlirlilik strukturunda əsas zəif nöqtə kimi ön plana çıxır.

    Pul vəsaitlərinin hərəkəti hesabatı da Bank “BTB” ASC-nin əməliyyat fəaliyyətində təzyiqin mövcud olduğunu göstərir. Hesabat dövründə xalis faiz gəlirləri üzrə pul axını 13 milyon 585,7 min manat, xalis komissiya və dilinq gəlirləri üzrə 5 milyon 887,4 min manat olub, inzibati və digər xərclər üzrə pul çıxışı isə –12 milyon 257,2 min manat təşkil edib. Əməliyyat aktivlərinin xalis azalması –1 milyon 325,6 min manat, əməliyyat öhdəliklərinin xalis azalması isə –8 milyon 200,2 min manat səviyyəsində qeydə alınıb. Nəticədə əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri –2 milyon 310 min manat olub. İnvestisiya fəaliyyəti üzrə +1 milyon 322 min manat, maliyyə fəaliyyəti üzrə isə +940 min manat xalis pul axını qeydə alınıb, məzənnə fərqindən 98 min manat gəlir əldə edilib. Bütün bunların yekununda pul vəsaitləri və onların ekvivalentlərində xalis artım cəmi 50 min manat təşkil edib və dövrün sonunda bankın pul vəsaitləri 14 milyon 819 min manata çatıb.

    Eyni zamanda prudensial normativlər baxımından Bank “BTB” ASC-nin mövqeyi kifayət qədər güclüdür. 2025-ci ilin sonunda I dərəcəli kapital adekvatlığı əmsalı 20,66%, məcmu kapital adekvatlığı əmsalı isə 23,19% təşkil edib ki, bu da müvafiq olaraq 5,5% və 10,5%-lik minimum tələbləri xeyli üstələyir. Ani likvidlik əmsalı 211,4%, leverage əmsalı 13,26% səviyyəsində formalaşıb. Sərbəst dönərli valyutalar üzrə açıq valyuta mövqeyi 5,75%, qapalı valyutalar üzrə isə 0,12% olmaqla normativ limitlər daxilində qalıb. Bankın məcmu kapitalı 53 milyon 269 min manat olmaqla minimum 50 milyon manatlıq tələbi də üstələyib.

    Yekun olaraq, Bank “BTB” ASC 2025-ci ildə aktiv və kapital baxımından dayanıqlı, normativlərə tam cavab verən maliyyə mövqeyini qorusa da, yüksək inzibati xərclər, risk ehtiyatları və xüsusilə gözlənilməz xərc və uçot düzəlişləri ilin yekununda bankın zərərlə başa vurmasına səbəb olub.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026

    Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

    09 Sentyabr 2026

    Dələduz adınıza onlayn kredit götürüb: borc kimin üzərində qalır? – Ali Məhkəmədən vacib açıqlama

    08 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.