Bank of America (BofA) 2025-ci ildə neft qiymətləri ilə bağlı proqnozunu aşağı salıb.
Bank of America-nın analitikləri iqtisadi artımın yavaşlamasını və daha böyük ehtiyata səbəb olacaq zəif tələb proqnozlarını əsas gətirərək, gələn il üçün benchmark xam neft qiymətləri ilə bağlı proqnozlarını azaldıblar.
Ekspertlər indi Brent markalı neftin əvvəllər gözlənilən 80 dollar/bareldən orta hesabla 75 dollar/barel olacağını gözləyirlər. WTI üçün proqnoz bir barel üçün 75 dollardan 71 dollara endirilib.
“Bazar, ehtimal ki, bu rübdə neft balansları üçün ən sıx dövrünü yaşayır və ABŞ-ın ehtiyatları sürətlə azalsa da, qlobal enişlər təsir edici deyil”,- deyə bildirib BofA.
Analitiklər gələn il OPEC-ə daxil olmayan tədarüklərin sutkada 1,6 milyon barel artacağını, qlobal tələbin isə “zəif” 1,1 milyon barel artacağını təxmin edirlər.