ABŞ-nin aparıcı maliyyə qurumlarından biri olan “Bank of America” tərəfindən hazırlanmış tədqiqatda deyilir ki, 1997-2012-ci illərdə anadan olmuş şəxslərdən ibarət Z nəsli gələcəkdə tarixdəki ən varlı nəsilə çevrilə bilər.
GDP xəbər verir ki, hesablamalara görə, 2030-cu ilə qədər Z nəslinin ümumi gəlirləri 36 trilyon dolları keçəcək. Daha uzunmüddətli perspektivdə isə onların ümumi sərvətinin 84 trilyon dollara yaxınlaşacağı gözlənilir. Bunun əsas səbəbləri kimi karyera irəliləyişləri, yüksək texnologiyalı sahələrdə artan təmsilçilik, həmçinin əvvəlki nəsillərdən irs qalan aktivlərin ötürülməsi göstərilir.

