“Bank of Baku” ASC dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) pay alıb.
GDP xəbər verir ki, BoB-un ABB-dəki iştirak payı mikro və ya 0.007% təşkil edir.
Bildirilir ki, “ABB” ASC kommersiya qurumu olduğundan, BoB öz kommersiya maraqlarını təmin etmək məqsədilə həmin Bankda iştirak payı əldə edib.Onun digər təşkilatlarda da payı var. Bura “Bakı Fond Birjası” QSC və “Millikart” MMC-dir. Bu təşkilətlarda da payların həcmi mikro ölçüdədir.
Qeyd: ABB ötən il bazara kütləvi səhm buraxıb və sonradan onun bazarda təkrar ticarətini mobil tətbiqdən etməyi təmin edib.