Bədəlova Elnarə Hicran qızı Bank of Baku-nun İT sahəsi, Planlaşdırma və Koordinasiya departamentinin direktoru vəzifəsinə təyin olunub.
Bu barədə GDP-ə Bankdan bildirilib.
Qeyd edilib ki, Elnarə Bədəlova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit istiqaməti üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini UNEC-də eyni istiqamət üzrə magistr dərəcəsi ilə davam etdirib.
Elnarə Bədəlova 15 illik peşəkar iş təcrübəsinə sahibdir. O iş fəaliyyətinə 2009-cu ildə “FİNCA Azərbaycan”da başlayıb və 2012-ci ilə qədər Maliyyə xidmətləri eskperti olaraq çalışıb. Daha sonra 2012-2016-cı illərdə “Amrahbank”da Nəzarət şöbəsi rəisi vəzifəsini yerinə yetirib.
2016-cı ildən isə “Kapital Bank”da fəaliyyət göstərməyə başlayıb. Texniki dəstək üzrə komanda rəhbəri, bank sistemində İT analitik, menecer vəzifələrini icra edib. Son 4 ildə “Kapital Bank”ın daxili bank sisteminin yazılıb tamamlanması və idarə olunmasında Məhsul sahibi olaraq çalışıb.