“Bakı Sığorta” ASC-nin səhmdarı olan 2 fiziki şəxs (Behbud Nəcəfov (6,93%), Murad Rəhimov (6,97%)) öz paylarını “Bank Respublika” ASC-yə ötürüblər.
“Bakı Sığorta”nın yarımillik hesabatında verilən məlumata görə, nəticədə “Bank Respublika” ASC-nin sığorta şirkətinin nizamnamə kapitalındakı payı 93,32%-ə yüksəlib.
“Bakı Sığorta” ASC-nin nizamnamə kapitalının 6,68%-i “Ekolizinq” MMC -yə məxsusdur.
Bundan əvvəl avtomobil satışı ilə məşğul olan “Dimond Motors” MMC, “Yeni Motor” MMC və “Toyota Abşeron Mərkəzi” MMC “Bakı Sığorta” ASC-dəki paylarını satmışdılar.
Mənbə: Marja