Bank Respublika-nın Baş İcraçı Direktoru Tariyel İsmayılov, ənənəvi “Town Hall” tədbirində bankın komandası ilə bir araya gəlib.
GDP xəbər verir ki, tədbirdə 2025-ci ilin yekunları qiymətləndirilib, görülən işlərə görə komanda üzvlərinə təşəkkür edilib və əldə edilən uğurlar münasibətilə təbriklər çatdırılıb. Bank rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb.
Tariyel İsmayılov bankın qarşıdakı illərdə intensiv inkişaf tempini daha da artıracağına əmin olduğunu bildirib. O, istedadlı və peşəkar komanda ilə bütün hədəflərə birgə nail olacaqlarına inamını ifadə edib.

