Bankların 2024-cü ildə aktivləri, öhdəlikləri və kapitalı artıb
GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 2023-cü ilin dekabr ayına nisbətən 7.8% artaraq 53,001.4 mln. manat, cəmi öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 7.6% artraq 46,383 mln. manat, balans kapitalı isə illik müqaisədə 9.2% artaraq 6,618.4 mln. manat olub.
Bu göstəricilər bank sektorunun davamlı inkişafını və maliyyə sabitliyini əks etdirir. Aktivlərin və kapitalın artımı bankların öz fəaliyyətlərini genişləndirmək və iqtisadiyyata daha çox dəstək vermək imkanlarını gücləndirib.