Close Menu
    What's Hot

    Verilən ipoteka kreditlərinin ümumi həcmi azalsa da, zəmanətli ipoteka kreditləri 31% artıb

    06 Aprel 2026

    Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

    06 Aprel 2026

    İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib

    06 Aprel 2026
    Trending
    • Verilən ipoteka kreditlərinin ümumi həcmi azalsa da, zəmanətli ipoteka kreditləri 31% artıb
    • Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
    • İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib
    • Birinci rübdə dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb
    • “Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
    • PAŞA Bank tarixində ilk dəfə səhmlərini ictimaiyyətə təqdim edir
    • Bakı Fond Birjası 2026-cı ilin I rübü: Ümumi dövriyyə 33,6%,korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatları 76% AZALIB
    • Bank sektorunun biznes kredit portfeli 16 mlrd manatı keçdi: illik müqaisədə 1,28 mlrd manat, 8,67% artım
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Verilən ipoteka kreditlərinin ümumi həcmi azalsa da, zəmanətli ipoteka kreditləri 31% artıb

      06 Aprel 2026
      Recent

      Verilən ipoteka kreditlərinin ümumi həcmi azalsa da, zəmanətli ipoteka kreditləri 31% artıb

      06 Aprel 2026

      Bank sektorunun biznes kredit portfeli 16 mlrd manatı keçdi: illik müqaisədə 1,28 mlrd manat, 8,67% artım

      06 Aprel 2026

      Rusiya bank xidmətlərində problemlər yaşanır

      03 Aprel 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib

      06 Aprel 2026

      PAŞA Bank tarixində ilk dəfə səhmlərini ictimaiyyətə təqdim edir

      06 Aprel 2026

      Bakı Fond Birjası 2026-cı ilin I rübü: Ümumi dövriyyə 33,6%,korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatları 76% AZALIB

      06 Aprel 2026

      Bakı Fond Birjası “PAŞA Bank” ASC-nin səhmlərinin ticarətinə icazə verib

      03 Aprel 2026

      Dollar möhkəmlənir, əmtəə bazarlarında təzyiq davam edir

      03 Aprel 2026

      Bazarlarda səhmlər düşüb, neft və alüminium yüksəlib

      02 Aprel 2026

      Bazarlarda qarışıq mənzərə: Səhmlər və əmtəələr yüksəlir, dollar dəyər itirir

      01 Aprel 2026

      Azərbaycan neftinin qiyməti son 4 ilin rekordunu yenilədi

      31 Mart 2026

      ​Polymarket platformasında texniki boşluq treyderə 600 min dollar qazandırdı

      30 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib

      06 Aprel 2026

      PAŞA Bank tarixində ilk dəfə səhmlərini ictimaiyyətə təqdim edir

      06 Aprel 2026

      Bakı Fond Birjası 2026-cı ilin I rübü: Ümumi dövriyyə 33,6%,korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatları 76% AZALIB

      06 Aprel 2026

      Bakı Fond Birjası “PAŞA Bank” ASC-nin səhmlərinin ticarətinə icazə verib

      03 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

      06 Aprel 2026
      Recent

      Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

      06 Aprel 2026

      Birinci rübdə dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb

      06 Aprel 2026

      Azərbaycan və Qazaxıstan limanlarda birgə dibdərinləşdirmə layihəsi həyata keçirəcək

      02 Aprel 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Bank sektorunun biznes kredit portfeli 16 mlrd manatı keçdi: illik müqaisədə 1,28 mlrd manat, 8,67% artım
    Bank

    Bank sektorunun biznes kredit portfeli 16 mlrd manatı keçdi: illik müqaisədə 1,28 mlrd manat, 8,67% artım

    06 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Cari ilin fevral ayında Azərbaycan banklarının kredit portfelində bütün seqmentlər üzrə ardıcıl artım müşahidə edilib. Ümumi kredit portfeli illik müqaisədə 27.592,4 milyon manatdan 30.118,9 milyon manatə yüksəlmiş, yəni bir il ərzində 2.526,5 milyon manat və ya 9,16% artıb. Bu artım bank sektorunun kreditləşmə fəallığının davamlı şəkildə güclənməsindən xəbər verir.

    Struktur üzrə nəzərdən keçirdikdə, ən böyük mütləq artım biznes kreditlərində qeydə alınmışdır-belə ki, bankların biznes kredit portfeli  illik müqaisədə 1.281,0 milyon manat və ya 8,67% artaraq 14.777,0 milyon manatdan 16.058,0 milyon manata çatmışdır. Biznes kreditlərinin bankların bütövlükdə sektorun kredit portfelinin ən böyük hissəsini təşkil etdiyini nəzərə alsaq, təbii bir nəticədir. Qeyd etmək lazımdır ki, biznes kreditlərinin artımı əsasən istehsal, tikinti, nəqliyyat və xidmət sahələrində investisiya aktivliyinin artması, dövlətin qeyri-neft sektorunu stimullaşdıran proqramları və sahibkarların dövriyyə vəsaitlərinə tələbatının yüksəlməsi (inflyasiya təzyiqləri və istehsal xərclərinin artımı fonunda) ilə əlaqələndirilə bilər.

    Nisbi artım baxımından isə lider mövqeyi istehlak kreditlərinə aiddir. istehlak kreditləri portfeli 923,5 milyon manat və ya 10,81% aratarq  8.544,0 milyon manatdan 9.467,5 milyon manata yüksəlmişdir. Bu göstərici digər seqmentlərlə müqayisədə ən yüksək faiz artımını təmsil edir ki, bu da əhalinin istehlak tələbatına yönəlmiş kreditlərə olan marağının artdığını göstərir. İstehlak kreditlərinin sürətli artımının arxasında əhalinin real gəlirlərinin nisbətən stabilləşməsi, bankların rəqabətli faiz dərəcələri, mövsümi tələbat (bayramlar, tətil, təhsil xərcləri) və qısa müddətli kreditlərin onlayn təsdiq mexanizmlərinin genişlənməsi kimi amillər dayanır.

    İpoteka kreditlərinin artım dinamikası isə ən aşağı nisbi artım tempi nümayiş etdirib. Bankların İpoteka kredit portfeli  illik müqaisədə 322,0 milyon manat və ya 7,54%artaraq  4.271,4 milyon manatdan 4.593,4 milyon manata çatıb. Artım tempinin nisbətən aşağı olması ipoteka bazarının digər seqmentlərə nisbətən daha sabit və yetkin bir mərhələdə olması, daşınmaz əmlak bazarında qiymət artımlarının kredit tələbini müəyyən dərəcədə məhdudlaşdırması, Mərkəzi Bankın makroiqtisadi sabitlik məqsədilə ipoteka kreditləri üzrə ehtiyat tələblərini sərt saxlaması və güzəştli ipoteka proqramlarının ümumi kredit portfelində həcminin məhdud olması ilə izah edilə bilər.

    Ümumilikdə, nəzərdən keçirilən dövr ərzində heç bir seqmentdə azalma baş verməmiş, bütün istiqamətlər üzrə sabit artım tendensiyası qorunub saxlanmışdır. Bu, Azərbaycan bank sektorunun sağlam inkişafını, kredit risklərinin idarə oluna bilən səviyyədə qaldığını və iqtisadi agentlərin bank maliyyələşməsinə güvəninin yüksək olduğunu göstərir.

    İstehlak kreditlərinin 10,81%-lik sürətli artımı əhalinin borc yükünün artması baxımından diqqətli monitorinq tələb etsə də, ümumi mənzərədə sektor diversifikasiya olunmuş və balanslı şəkildə böyümüşdür.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Verilən ipoteka kreditlərinin ümumi həcmi azalsa da, zəmanətli ipoteka kreditləri 31% artıb

    06 Aprel 2026

    Rusiya bank xidmətlərində problemlər yaşanır

    03 Aprel 2026

    “Rabitəbank” 4 nominasiya üzrə “Bankçılıq mükafatları – 2025”in qalibi olub

    02 Aprel 2026

    Türkiyə Mərkəzi Bankı ABŞ-la İran arasında müharibə başlayandan sonra 120 ton qızıl satıb

    02 Aprel 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.