PAŞA Bank ASC-nin qapalı yerləşdirmə ilə buraxılan istiqrazlarının qalıq məbləği 87 milyon dollardır.
GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Murad Süleymanov, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, 2021-ci ilin sonunda və 2022-ci ilin əvvəlində PAŞA Bank qapalı yerləşdirmə yolu ilə 20 milyon dollarlıq istiqraz buraxmışdır. 2022-ci ildə isə 40 milyon dollarlıq daha bir qapalı yerləşdirmə ilə istiqraz buraxılışı həyata keçirilib.
Murad Süleymanov əlavə edib ki, hazırda istiqrazların qalıq məbləği 87 milyon dollardır. Bu istiqrazlar 7 illik müddətə buraxılıb və hazırda onların 3-4 illik geri ödəmə müddəti qalıb.