ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov şirkətdə keçirilən xüsusi görüş barədə açıqlama verib.
GDP xəbər verir ki,rəhbərin bildirdiyinə görə, fərqli nailiyyətlərlə seçilən əməkdaşlar həm fərdi inkişafın, həm də komanda ruhunun göstəricisidir. ABB-də hər rüb 4000-dən artıq əməkdaş arasından yalnız 1%-i öz xüsusi nailiyyətlərinə görə “Fərqli” statusu qazanır.
Görüşdə ABB-ni gələcəyə aparan 10 əsas səriştə haqqında müzakirələr aparılıb. Bilik və əməkdaşlıq prinsipləri əsasında təşkil edilən tapşırıqlar sayəsində iştirakçılar şəxsi potensiallarını sınayıb və birlikdə uğur qazanmanın əhəmiyyətini bir daha hiss ediblər.
Abbas İbrahimov qeyd edib ki, görüşün sonunda iştirakçıların gələcəyin ABB əməkdaşlarına ünvanladıqları məktublar tədbiri daha da yaddaqalan edib.