Mərkəzi Bank tərəfindən 2024-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.
GDP xəbər verir ki,sorğunun 2024-cü il III rübü üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam etmişdir. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub.
İpoteka Kreditlərinin Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında isə heç bir dəyişiklik qeydə alınmamışdır.
Bankların proqnozlarına görə, növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik gözlənilmir.