Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin üçüncü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrini açıqlayıb.
GDP xəbər verir ki, hesabata görə, 2024-cü ilin III rübündə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə verilən kreditlər üzrə tələbdə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Mikro sahibkarlıq seqmentində isə kredit tələbinin qismən artdığı müşahidə edilib.
İri sahibkarlıq subyektləri üzrə kredit tələbində cari ilin əvvəlki rübü ilə müqayisədə cüzi artım baş verib.
Bankların proqnozuna əsasən, 2024-cü ilin növbəti rübündə ümumi biznes kreditləri, xüsusilə mikro sahibkarlıq subyektləri üzrə kredit tələbinin artması gözlənilir.