2024-cü ilin yanvar – may ayları ərzində (ilk 5 ayda) banklar tərəfindən 519,7 milyon manat xalis mənfəət, 732,6 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18,9% və 13,7% artmışdır.
Bu barədə GDP Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir
Cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107,4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.Azərbaycanın bank sektoru 2023-cü ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə etmişdi.2023-cü ilin yanvar-may aylarında banklar 437,1 milyon manat xalis mənfəət, 644.1 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 32% və 28% artmışdı. 2023-cü ilin 5 ayında banklar tərəfindən 106.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir