Aktivlər baxımından, bankların nəğd vəsaitləri 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən 2017,4 milyondan 1928,9 milyon manata, yəni 4,4% azalıb. Bu azalma mərkəzi bank müxbir hesablarındakı 46,4% və nostro hesablarındakı 7,9% azalma ilə bağlıdır.
GDP Mərkəzi Bankın təqdim eydiyi Bank sektorunun icmal balansına istinadən bəlumat verir ki, banklar tərəfindən maliyyə institutlarına qoyulan depozitlər 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən 109,1% artaraq 3512,3 milyondan 7352,2 milyon manata yüksəlib. Kreditlər də əhəmiyyətli dərəcədə artmışdır – müştərilərə verilən kreditlər 22281,9 milyondan 27080,5 milyon manata, yəni 21,6% artmışdır.
Öhdəliklər baxımından, 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən depozitlər (maliyyə institutları istisna olmaqla) 32174,2 milyondan 34373,9 milyon manata, 6,8% artmışdır.
Mərkəzi Bankın banklara qarşı öhdəlikləri 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən 107,7 milyondan 504,1 milyon manata, 367,6% qalxmışdır. sözügüdən dövr ərzində Loro hesablar da olan depozitlər 291,1 milyondan 1827,0 milyon manata, yəni 528,2% artmışdır.
Kapital baxımından, bankların xüsusi kapitalı 5546,5 milyondan 5900,3 milyon manata, 6,4% artmış, ümumi ehtiyatlar 444,9 milyondan 542,9 milyon manata, 21,9% artmışdır. Nəticədə cəmi kapital 5991,4 milyondan 6443,2 milyon manata, 7,5% artmışdır.
Ümumiyyətlə, Azərbaycan bank sektoru 2024-cü ildə əhəmiyyətli genişlənmə və inkişaf göstəricisi nümayiş etdirir. Aktivlər və öhdəliklər əsaslı surətdə artmış, kapital bazası da xeyli möhkəmlənmişdir. Bu isə sektorun maliyyə dayanıqlığını və böyümə potensialını təsdiqləyir.