Dünyanın ən varlı şəxslərindən biri və LVMH (Moët Hennessy Louis Vuitton) konqlomeratının sahibi Bernard Arno, Fransada planlaşdırılan yeni varlandırma vergisi təklifini şiddətli şəkildə tənqid edib.
Arno, aktivləri 100 milyon avrodan çox olan şəxslərdən alınması nəzərdə tutulan 2% dərəcəsindəki vergini “Fransa iqtisadiyyatı üçün ölümcül” və “liberal iqtisadiyyatı məhv etməyə cəhd” olaraq qiymətləndirib.ş
Təklif edilən vergi qanunu, hökumətin büdcə kəsirini azaltmaq və sosial proqramlara maliyyə ayırmaq məqsədilə irəli sürülüb. Təxminlərə görə, bu tədbir ildə əlavə 5-7 milyard avro gəlir gətirə bilər.