ABŞ-da 2030-cu ilə qədər nəzərdə tutulmuş günəş və külək enerjisi layihələrinin demək olar ki, yarısı subsidiyaların azalması səbəbindən ləğv edilə bilər.
GDP xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) təhlilinə görə, ABŞ-nin 2030-cu il üçün qoyduğu təmiz enerji hədəfləri təhlükə altına düşüb. Səbəb isə hökumət subsidiyalarının azalması proqnozlaşdırılan günəş və külək enerjisi layihələrinin tətbiqini dayandıra bilər.
Təşkilatın hesablamalarına əsasən, gözlənilən layihələrin təxminən 50%-i maliyyə dəstəyi olmadan həyata keçirilməyəcək. Bu da göstərir ki, bu enerji sahələri hazırda öz gəlirləri ilə yaşaya bilmir və onların inkişafı birbaşa dövlət təşviqlərindən asılıdır.