Close Menu
    What's Hot

    Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

    21 Avqust 2025

    ABŞ prezidenti Tramp 100 milyon dollardan artıq istiqraz alıb

    21 Avqust 2025

    Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

    20 Avqust 2025
    Trending
    • Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib
    • ABŞ prezidenti Tramp 100 milyon dollardan artıq istiqraz alıb
    • Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək
    • Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır
    • Nasdaq indeksi 1,5% enib. KİV və Pentagon əməkdaşlarının sevimli səhmi – Palantir – isə təxminən 10% aşağı düşüb
    • Azərbaycan inflyasiya ilə bağlı proqnozunu yeniləyib
    • Mərkəzi Bankın baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyası və üzv təşkilatların rəhbərləri ilə görüşüb
    • “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bankın baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyası və üzv təşkilatların rəhbərləri ilə görüşüb

      19 Avqust 2025
      Recent

      Mərkəzi Bankın baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyası və üzv təşkilatların rəhbərləri ilə görüşüb

      19 Avqust 2025

      Mərkəzi Bank bu valyuta dəyişmə məntəqəsinin lisenziyanı dayandırıb

      18 Avqust 2025

      ABŞ Mərkəzi Bankının sədri Pauellun Cekson-Hol çıxışı: Yeni pul siyasəti və faiz proqnozu

      18 Avqust 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır

      20 Avqust 2025

      PAŞA Kapital Qlobal Maliyyə Forumu Sibos 2025-də iştirak edəcək

      18 Avqust 2025

      İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi – (YANVAR-İYUL /2025)

      06 Avqust 2025

      Bakı Fond Birjasının rəhbəri bağlanmış “NBC Bank”ın Birjaya borcu ilə bağlı açıqlama verib

      19 İyul 2025

      Berkshire Hathaway UnitedHealth-ə 1,57 milyard dollarlıq sərmayə yatırdı, Apple və Bank of America-dakı payını azaltdı

      15 Avqust 2025

      Google səhmi 200 ABŞ dolları həddini keçdi

      08 Avqust 2025

      Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini yüksəldib

      07 Avqust 2025

      Nvidia tezliklə bütün dövrlərin ən bahalı şirkətinə çevrilə bilər

      04 İyul 2025

      Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

      21 Avqust 2025

      “Pasha Pay” və “Binance” inteqrasiyası -Mərkəzi Bank daha 6 ay vaxt verdi

      06 Avqust 2025

      Kvant texnologiyaları Bitcoin-in təhlükəsizliyinə təhdid yarada bilər

      26 May 2025

      BlackRock indi “Satoshi Nakamoto”dan sonra ikinci ən böyük Bitcoin sahibi olub

      21 May 2025

      Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

      21 Avqust 2025

      Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır

      20 Avqust 2025

      PAŞA Kapital Qlobal Maliyyə Forumu Sibos 2025-də iştirak edəcək

      18 Avqust 2025

      Berkshire Hathaway UnitedHealth-ə 1,57 milyard dollarlıq sərmayə yatırdı, Apple və Bank of America-dakı payını azaltdı

      15 Avqust 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

      20 Avqust 2025
      Recent

      Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

      20 Avqust 2025

      Azərbaycan inflyasiya ilə bağlı proqnozunu yeniləyib

      19 Avqust 2025

      “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

      19 Avqust 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür
    Biznes

    Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür

    27 İyun 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7%-ni KOB subyektləri təşkil edir.

    Mikro, kiçik və orta bizneslər (KOB-lar) bütün dünyada iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun artırılmasına, yoxsulluğun azaldılmasına, innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90%-i KOB subyektləridir.

    KOB-lar dünyada məşğulluğun 60-70%-ni, ümumi daxili məhsulun 50-60%-ni təmin edir. KOB-ların bu töhfəsi nəzərə alınaraq BMT Baş Assambleyasının qətnaməsinə əsasən 2017-ci ildən etibarən 27 iyun tarixi dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir.

    Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Ölkəmizdə fəaliyyətdə olan sahibkarların 99,7%-ni KOB subyektləri təşkil edir. Azərbaycanda KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər.

    Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən etibarən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafını müxtəlif mexanizm və alətlərlə dəstəkləyir.

    KOB-ların ehtiyac və problemləri daima diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, tədbirlər, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır. Milli prioritetlər nəzərə alınaraq, KOB-ların iqtisadiyyatda və məşğulluqda payının artırılması, texnologiya yönümlü, rəqəmsallaşmış və rəqabətədavamlı KOB-ların yaradılmasının dəstəklənməsi, qadın sahibkarlığın və klasterləşmənin, eləcə də ətraf mühitin mühafizəsi və enerjiyə qənaət kimi müasir çağırışlara uyğun olaraq KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinin təşviqi başlıca hədəflər sırasındadır.

    Qeyd edək ki, COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü ilk qlobal təşəbbüs olan “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” KOB-ların yaşıl transformasiyası üzrə qlobal səylərin birləşdirilməsinə çağırış edir və artıq bu təşəbbüsə 20 yerli və xarici təşkilat qoşulub. Həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində KOB subyektlərinin fəaliyyətinin təşkili və genişləndirilməsi də dövlət tərəfindən dəstəklənir. Dövlətin müxtəlif güzəştləri və təşviq mexanizmlərindən faydalanmaqla Qarabağda KOB subyektlərinin fəaliyyətə başlaması ilə bölgədə yeni işgüzar mühitin formalaşması bu baxımdan diqqətə layiqdir.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

    21 Avqust 2025

    Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

    20 Avqust 2025

    Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır

    20 Avqust 2025

    Nasdaq indeksi 1,5% enib. KİV və Pentagon əməkdaşlarının sevimli səhmi – Palantir – isə təxminən 10% aşağı düşüb

    20 Avqust 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.


    Ana səhifə

    Bank xəbərləri

    İqtisadiyyat

    Birja

    Digər